Kefşteyn dosyesi | Karikaturalar

// "Qara ləkə"lər azalmaq yerinə artdı

   Kefşteyn dosyesi    | Karikaturalar
  22 Dekabr 2025    Oxunub:977
Ötən həftənin sonunda ABŞ hökuməti qalmaqallı “Epşteyn dosyesi”nin bir hissəsini dərc etdi. Amma Trampla bağlı olan ən azı 16 faylın və onun Epşeteynlə birgə şəklinin ABŞ-nin Ədliyyə Nazirliyinin saytından silinməsi yerli və qlobal mediada böyük tənqid dalğasına səbəb olub.
Həmçinin sənədlərin çoxununu senzuraya məruz qalması və redaktə edilməsi də narazılığa səbəb olub. Dərc olunan materiallarda yeni və qeyri-adi heç nə yoxdur. Onların çoxu qalmaqallı maliyyəçinin keçmiş prezident Bill Klintonla əlaqələri haqqındadır.

Beləliklə, dosyenin açıqlanması cavablardan daha çox yeni suallara səbəb olub. ABŞ və dünya mediasında hadisəyə yüzlərlə karikatura ilə reaksiya bildirilib. AzVision.az onların ən maraqlılarını təqdim edir.










Tariyel Həsənov
AzVision.az


Teqlər: Epşteyn  



Xəbər lenti